EN

Bu gün Macarıstanın Azərbaycana ixracının az qala yarısı əczaçılıq sektorunun payına düşür - Səfir

Bakı. Trend:

Bu gün Macarıstanın Azərbaycana ixracının 49 faizi məhzəczaçılıq sektorunun payına düşür.

Trend xəbər verirki, bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Bakıdakeçirilən “Azərbaycan əczaçılıq sənayesi: dünən, bügün və sabah”mövzulu beynəlxalq konfransda etdiyi çıxışda bildirib.

“Macarıstan Azərbaycana dərman vasitələrinin tədarükünü 1993-cüildən bəri həyata keçirir. 1997-ci ildə “Gedeon Richter” şirkətiAzərbaycanda nümayəndəliyini açmış ilk xarici əczaçılıq şirkətinəçevrilib”, - deyə səfir bildirib.

O həmçinin, Macarıstanın “Egis” şirkəti 2020-ci ildə Qarabağmüharibəsinin gedişi zamanı Azərbaycanlı əsgərlərə dərman ianəetdiyini xatırladıb.

“Uzun illər ərzində macar əczaçılıq şirkətləri məhz keyfiyyətli,etibarlı və effektiv preparatları ilə Azərbaycanın səhiyyəsistemində öz etibarını və etimadını qazanıb”,- deyə diplomatvurğulayıb.

T. Torma vurğulayıb ki, Macarıstan Mərkəzi və Şərqi Avropada ənböyük əczaçılıq məhsulları ixracatçısıdır və dünyada əczaçılıqməhsullarının ixrac həcminə görə 20-ci yeri tutur.

“Bu gün Macarıstanda aparılan bütün elmi-tədqiqat vətəcrübi-konstruktor işlərinə (ETTKİ) yatırılan investisiyaların 60faizi bio-elmlər sektoruna yönəldilir. Dünyanın 10 aparıcıbiotexnologiya şirkətindən 9-nun Macarıstanda ya elmi-tədqiqatmərkəzi, ya istehsalat müəssisəsi, ya da hər ikisi mövcuddur,” –deyə səfir qeyd edib.

Məqalədə:
Chosen
0
az.trend.az

1Sources