EN

Rumıniyada seçki şoku: Millətçi lider Simion birinci turda qalib gəldi

Bu gün, 11:23

Rumıniyada prezident seçkilərinin birinci turu ölkədaxili seçki məntəqələrində səsvermələrin 100%-nin hesablanması ilə başa çatıb.
Nəticələr ölkə siyasətində ciddi dəyişikliklərin xəbərçisidir.

Millətçi mövqeləri ilə tanınan “Rumıniyanın birləşməsi alyansı”nın lideri Ciorce Simion seçkilərdə 40,96% səslə liderdir. Onun ardınca müstəqil namizəd, Buxarest meri Nikuşor Dan qərarlaşıb. Hakim koalisiyanın namizədi Krin Antonetsku isə üçüncü yerə çıxıb.

Simiom artıq ilk turun nəticələrini öz qələbəsi kimi qiymətləndirib və bu uğuru ötən ilin payızında keçirilmiş, lakin konstitusiya məhkəməsi tərəfindən nəticələri ləğv edilən seçkilərdə qalib gəlmiş Kelin Ceorceskuya həsr edib.

Chosen
0
Reportyor.tv

1Sources