İsrail Nazirlər Kabineti Qəzza zolağında əməliyyatın genişləndirilməsi planlarını təsdiqləyib, bu plana bölgənin işğalı imkanları da daxildir...
Poliqon xəbər verir ki, bu barədə Ynet portalı mənbələrə istinadən məlumat yayıb.
"Nazirlər kabineti planı təsdiqləyib. Buraya Qəzza zolağının işğalı daxildir", deyə nəşr yazır.
Bu fonda HƏMAS liderlərindən biri Abdel Rəhman Şadid bəyan edib ki, Fələstin hərəkatı Qəzza zolağında atəşkəs sazişi bağlamağa hazırdır və hazırda İsraildən addım gözləyir.
Onun sözlərinə görə, İsrail tərəfi danışıqların uğuruna mane olur, indi top onun meydançasındadır.
Martın 18-nə keçən gecə İsrail HƏMAS-a qarşı hərbi əməliyyatı və yanvarın 19-dan atəşkəsin qüvvədə olduğu Qəzza zolağına zərbələr endirməyə başlayıb. Onun hərəkətləri hərəkatın atəşkəs zamanı girovları azad etmək və onun müddətinin uzadılması planını hərəkatın rədd etməsinə cavab olub. İsrail döyüşlərin davam edəcəyi barədə ABŞ-ı əvvəlcədən xəbərdar edib. HƏMAS isə atəşkəsi ləğv edənin İsrail olduğunu və əsirlərin həyatını riskə atdığını bildirib.
Poliqon.info