EN

Bakalavr və magistratura üzrə buraxılış vərəqələrini "mygov" üzərindən almaq mümkün olub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Dövlət İmtahan Mərkəzinin (DİM) birgə əməkdaşlığı ilə vətəndaşlara aid "İmtahana buraxılış vərəqəm" məlumatları “mygov” platformasına inteqrasiya olunub.

Xezerxeber.az İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə istinadən xəbər verir ki, bu yenilik sayəsində cari ildə bakalavr və magistratura səviyyələri üzrə imtahana qeydiyyatdan keçmiş şəxslər buraxılış vərəqəsini və yaddaş kitabçasını imtahana az müddət qalmış “mygov” vasitəsilə əldə edə biləcəklər.

İstifadəçilər "mygov" platformasında "Təhsil məlumatlarım" bölməsindən imtahana buraxılış vərəqəsini elektron formada yükləyə bilərlər.

İmtahana buraxılış vərəqəsinin "mygov"a inteqrasiyası Dövlət İmtahan Mərkəzi tərəfindən Təhsil sahəsinin Rəqəmsallaşması üzrə Yol Xəritəsi çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, “mygov” platformasının əsas məqsədi vətəndaşlara müxtəlif portallara keçid etmədən zəruri dövlət xidmətlərinə, sənəd və məlumatlara vahid rəqəmsal məkanda rahat və operativ çıxış imkanı yaratmaqdır.

Chosen
0
5
xezerxeber.az

6Sources