EN

Külli miqdarda narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb

Bakı. Trend:

Külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinəkeçirilməsinin qarşısı alınıb.

Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindənməlumat verilib.

"Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi,qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşıDövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz”sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı vəəməliyyat tədbirləri nəticəsində may ayının 1-də 16 kiloqram 550qram, mayın 2-də isə 8 kiloqram 118 qram narkotik vasitəmarixuananın qaçaqmalçılıq yolu ilə İran İslam RespublikasındanAzərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb", -DSX-dən bildirilib.

Qeyd edilib ki, fakt üzrə əməliyyat-istintaq tədbirləri davametdirilir.

Məqalədə:
Chosen
0
29
az.trend.az

10Sources