EN

Paytaxtda respublika üzrə yaxşı məktəblərin sırasına daxil olan təhsil müəssisələrinin adları açıqlanıb

Bakı, 5 may, AZƏRTAC

Respublika üzrə yaxşı məktəblərin sırasına 2024-cü ildə şəhərin İ.Əfəndiyev adına “Elitar” gimnaziya, 160 nömrəli klassik gimnaziya, Humanitar fənlər təmayüllü məktəb-lisey, Texniki humanitar lisey, 2 nömrəli texniki-humanitar lisey, 147 nömrəli texniki-humanitar təmayüllü lisey, İ.Hacıyev adına “Tərəqqi” liseyi, “Zəngi” liseyi, 291 nömrəli Ekologiya liseyi, 287 nömrəli “Zəkalar” liseyi, “Ankara Məktəbi” məktəb-liseyi, 62, 70 və 220 nömrəli məktəb-liseyləri, 145, 161 və 260 nömrəli tam orta məktəbləri daxil olub.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin Bakı şəhərinin 2024-cü il məzunlarının buraxılış və qəbul imtahanlarındakı nəticələrinə dair statistik göstəricilərində yer alıb.

Chosen
0
9
azertag.az

10Sources