EN

Elnur Əliyev: İdxaldan asılılıq azaldılacaq

Finss.az - İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, mayın 5-də Bakıda keçirilən "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah" adlı beynəlxalq konfransda çıxış edib.

O, qeyd edib ki, 2024-cü ildə Azərbaycana 862 milyon manat dəyərində əczaçılıq məhsulu idxal edilib və bu rəqəm ölkənin idxaldan asılılığını açıq şəkildə göstərir.

Elnur Əliyev, əczaçılıq sahəsindəki asılılığın aradan qaldırılması üçün ciddi addımlar atıldığını və investisiya cəlbi sahəsində mühüm işlərin görüldüyünü vurğulayıb. O, həmçinin sahibkarların sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırdığını bildirib. Bu rəqəmlər, daxili istehsalın gücləndirilməsi və yerli əczaçılıq məhsullarının istehsalının artırılması məqsədilə atılan mühüm addımların göstəricisidir.

İqtisadiyyat nazirinin birinci müavini, gələcəkdə bu istiqamətdə əlavə təşviq və dəstək mexanizmlərinin tətbiq ediləcəyini qeyd edərək, əczaçılıq sahəsinin ölkənin iqtisadiyyatında əhəmiyyətli bir yer tutacağını vurğulayıb.

Chosen
0
1
fins.az

2Sources