EN

Alkatraz həbsxanası yenidən gündəmdə: Tramp cinayətkarlara sərt mesaj verdi

BAKI, AzerVoice

ABŞ Prezidenti Donald Tramp, Kaliforniyanın San-Fransisko şəhərində yerləşən və hazırda muzey kimi fəaliyyət göstərən Alkatraz həbsxanasının yenidən istifadəyə verilməsi barədə Federal Həbsxanalar Bürosuna göstəriş verib.

AzerVoice xəbər verir ki, Tramp bu barədə sosial media platformasında paylaşım edib.

O, ölkənin son illərdə zorakılığa meyilli cinayətkarlarla mübarizədə zəif davrandığını bildirib.

“Keçmişdə daha ciddi bir millət idik və ən təhlükəli cinayətkarları həbs etməkdən çəkinməzdik. Bu şəxslərə artıq güzəşt göstərilməyəcək” – deyə Tramp vurğulayıb.

O, Alkatraz həbsxanasının təmir edilərək genişləndirilməsi və ən təhlükəli cinayətkarlar üçün istifadəyə verilməsi üçün müvafiq qurumlara göstəriş verdiyini açıqlayıb.

San-Fransisko sahillərində yerləşən Alkatraz adası, dünyanın ən məşhur və ən sərt rejimli həbsxanalarından biri kimi tanınır. 1973-cü ildən etibarən muzey və turistik məkan kimi fəaliyyət göstərən adaya hər il 1,5 milyondan çox turist səfər edir.

Qaçışın demək olar ki, mümkünsüz olduğu bu həbsxana, ağır şərtləri və ciddi nəzarət sistemi ilə bir dövr əsir düşərgəsinə bənzədilib.

Chosen
0
turkic.world

1Sources