EN

NATO Litvada “Qəfil Cavab” planları çərçivəsində genişmiqyaslı təlimlərəbaşladı

Litvada NATO-nun iştirakı ilə “Dəmir Qurd 2025-I” və “Qəfil Cavab 2025” adlı hərbi təlimlər keçirilir.

Redaktor.az xəbər verir ki, bu barədə Sputnik Litva Teleqram kanalı məlumatı verib.

Məlumata görə,  “Dəmir Qurd 2025-I” təlimlərində təxminən 3700 hərbi qulluqçu və 700 hərbi texnika iştirak edir. Təlimlərdə Litva Silahlı Qüvvələrinin Dəmir Qurd Briqadası və onun tərkibində olan NATO-nun çoxmillətli döyüş qrupu yer alır.

Hərbi qulluqçular bu təlimlər çərçivəsində hücum və müdafiə əməliyyatlarını planlaşdıracaq və icra edəcəklər. Təlimlərin sonunda, mayın 16-da Qayjuanai kəndindəki poliqonda ABŞ hərbçilərinin iştirakı ilə hava-desant əməliyyatı keçiriləcək.

“Dəmir Qurd 2025-I” təlimlərindən sonra “Qəfil Cavab 2025” adlı daha genişmiqyaslı manevrlərə start veriləcək. Ümumilikdə may ayı ərzində Litvada 8000-ə yaxın hərbçinin, 1000-dən çox hərbi texnikanın, onlarla gəmi və təyyarənin iştirakı ilə müxtəlif təlimlər təşkil ediləcək.

Rusiya tərəfi isə bu təlimlərə narahatlıqla yanaşır. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, NATO bu təlimlərlə Kalininqrad vilayətinə qarşı ssenarilər hazırlayır. O qeyd edib ki, alyans artıq ikinci ildir ki, Rusiya sərhədlərinə yaxın ərazilərdə genişmiqyaslı hərbi fəaliyyət həyata keçirir.

Aytəkin TOFİQQIZI

Chosen
0
redaktor.az

1Sources