EN

Premyer Liqa klubunda SON DƏQİQƏ! Baş məşqçinin yola salınması qərara alındı

«Sumqayıt» növbəti mövsümə yeni baş məşqçi ilə başlayacaq. Saytımız bununla bağlı son dəqiqə məlumatı əldə edib. Redaksiyamıza daxil olan informasiyaya görə, əksər futbolçular Vaqif Cavadovun iş metodundan kəskin narazıdır. Onlar klub rəhbərliyinə müraciət edərək, gənc mütəxəssislə daha çalışmaq istəmədiklərini bildiriblər. Oyunçular Cavadovun kollektiv üzvləri ilə düzgün münasibət qurmadığını, özünü yuxarıdan apardığını, çox vaxt yersiz gərginlik yaratdığını vurğulayıblar.
Şikayətlərin çoxluğunu nəzərə alan rəsmilər Cavadovu sükan arxasından uzaqlaşdırmaq qərarına gəlib. Amma bu qərarın açıqlanması mayın sonuna saxlanılıb, indiyə yox. Çünki Premyer Liqada mövsümün başa çatmasına hələ 3 tur qalıb.

SPORTİNFO.AZ

Chosen
0
sportinfo.az

1Sources