EN

Zelenski: Biz hesab edirik ki, atəşkəs istənilən vaxt, hətta bu gün də başlaya bilər

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə 3 ildən artıqdır davam edən müharibədə hər an atəşkəsin əldə oluna biləcəyini ifadə edərək, “Biz inanırıq ki, atəşkəs istənilən vaxt, hətta bu gün də başlaya bilər” deyib.

Ukrayna prezidenti Vladimir Zelenski rəsmi səfəri çərçivəsində Çexiyaya gəlib. Zelenski Çexiya Prezidenti Petr Pavellə birgə mətbuat konfransı keçirib. Zelenski bildirib ki, Rusiya getdikcə daha sərt təzyiqlər tətbiq olunmasa, müharibəni bitirmək üçün addımlar atmayacaq:

“Biz inanırıq ki, Rusiya getdikcə daha intensiv təzyiq olmasa, müharibəni bitirmək üçün real və praktiki addımlar atmayacaq. Bu gün 54-cü gündür ki, Rusiya ABŞ-ın hərtərəfli atəşkəs təklifinə belə məhəl qoymur”.

Rusiya ilə 3 ildən artıqdır davam edən müharibədə hər an atəşkəsin əldə oluna biləcəyini ifadə edən Zelenski, "Biz inanırıq ki, atəşkəs istənilən vaxt, hətta bu gün də başlaya bilər. İnanırıq ki, belə bir atəşkəs ən azı 30 gün davam etməlidir ki, diplomatiyaya real şans verilsin" deyib.

Chosen
0
kommersant.az

1Sources