Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Pakistan Cəmmu və Kəşmirdəki vəziyyətlə və Hindistanla münaqibətlərdə gərginliyin artması ilə əlaqədar BMT TƏhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi üçün rəsmi müraciət edib.
Pakistanın BMT-dəki təmsilçiliyinin yazılı müraciəsində mövcud vəziyyətin regional və beynəlxalq təhlükəsizlik üçün təhdid olduğu bildirilir.
BMT TŞ-nin təcili iclası mayın 5-də, yerli vaxtla 15.00-da keçiriləcək.
İclasdan sonra Pakistanın BMT-dəki daimi nümayəndəsi Asim İftixar Əhmədin brifinq keçirəcəyi gözlənilir.
Hürr Tərcüman