EN

Kənan MM-in Sibel Canla fotosu yayıldı – İllər əvvələ aid ETİRAF

Tanınmış rejissor Kənan MM (Mahmudov) bu dəfəki paylaşımı ilə də diqqətləri öz üzərinə çəkib.

Yenisabah.az xəbər verir ki, son dövrlər qalmaqallı sözlər, paylaşımları ilə gündəmdən düşməyən rejissor illər əvvələ aid şəklini paylaşaraq şou aləmini silkələyib.

Türkiyənin məşhur pop müğənnisi Sibel Canla eyni kadrda olan şəklini paylaşan Kənan MM keçmişə aid bir etiraf edib:

"1999-cu il hərbi xidmətdən təzə gəlmişdim, heç bir TV kanalı məni işə qəbul etmədi. Dedilər ki, biz səni tanımırıq. Və mən bir müddət mühafizə xidmətində çalışdım…"

İllər sonra susqunluğunu pozan məşhurun bu sözləri sosial mediada müzakirələrə səbəb olub.

Aytac Şahin


Telegram kanalımız
Chosen
0
2
yenisabah.az

3Sources