EN

Klopp Fabreqasa zəng etdi: Bu klubun baş məşqçisi olmasını istəyir

"Red Bull"un qlobal futbol əməliyyatları rəhbəri Yurgen Klopp "Komo" komandasının baş məşqçisi Sesk Fabreqas ilə telefonda danışıb.

Publika.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Klopp Sesk Fabreqasın "Leypsiq"də baş məşqçi olmasını istəyir. Klub martın sonunda qovulan Marko Rouzun yerinə əvəzləyici axtarır. Fabreqas cəsarətli hücum fəlsəfəsi və "Komo"da əldə etdiyi nəticələr sayəsində almaniyalı funksionerin diqqətini çəkib.

37 yaşlı ispaniyalı məşqçilik karyerasına 2023-cü ildə başlayıb. Mütəxəssis "Komo" klubunun 19 yaşadək gənclərdən ibarət komandasına rəhbərlik edib. 2024-cü ildə Fabreqas İtaliya klubunun əsas komandasının başına keçib.

Chosen
0
publika.az

1Sources