EN

Azərbaycan səhiyyə nümayəndə heyəti iyunda Macarıstana səfər edəcək

Azərbaycan səhiyyə nümayəndə heyəti iyun ayında Macarıstana səfər edəcək.

Bunu “Report”a açıqlamasında Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma deyib.

Diplomat diqqətə çatdırıb ki, planlaşdırılan səfər çərçivəsində səhiyyə sektorunda iki ölkə arasında əməkdaşlığın genişləndirilmə perspektivləri müzakirə olunacaq.

“Bu gün Macarıstanın Milli Səhiyyə Sığorta Fondunun nümayəndəsi Macarıstan dərman kompensasiya sistemlərinin üstünlüklərini bölüşdü. Cəmiyyətlərimiz bu təcrübə mübadiləsindən faydalana bilər”,-deyə o əlavə edib.

Səfir Macarıstan və Azərbaycan arasında əczaçılıq sahəsində əməkdaşlığa həsr olunmuş bugünkü tədbirə diqqət çəkərək onu da bildirib ki, bu, Azərbaycanda ilk böyük beynəlxalq əczaçılıq konfransıdır:

“Ulu Öndər Heydər Əliyevin doğum günündən bir neçə gün əvvəl, Bakının onun adını daşıyan simvolik binalarından birində - Heydər Əliyev Mərkəzində keçirilən bu tədbir Macarıstanın Azərbaycan əczaçılıq sənayesinin inkişafına və gələcəkdə də bu sahədə ikitərəfli əməkdaşlığa töhfə vermək öhdəliyinin aydın göstəricisidir”.

Chosen
0
report.az

1Sources