EN

Bakının ən yaxşı məktəblərinin siyahısı açıqlanıb

2024-cü ildə buraxılış və ali məktəblərə qəbul göstəricilərinə görə Bakının ən yaxşı məktəblərinin siyahısı açıqlanıb.

TƏHSİL.BİZ xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin respublika üzrə bütün orta məktəb məzunlarının 2024-cü ildə keçirilən buraxılış və qəbul imtahanlarındakı göstəricilərini əks etdirən statistik məlumatlarda qeyd edilib.

Məlumatlara görə, respublika üzrə yaxşı məktəblərin sırasına bu il Bakının İ.Əfəndiyev adına "Elitar" gimnaziya, 160 saylı klassik gimnaziya, Humanitar fənlər təmayüllü məktəb-lisey, Texniki humanitar lisey, 2 saylı texniki-humanitar lisey, 147 saylı texniki-humanitar təmayüllü lisey, İ.Hacıyev adına "Tərəqqi" liseyi, “Zəngi” liseyi, 291 saylı Ekologiya liseyi, 287 saylı "Zəkalar" liseyi, “Ankara Məktəbi” məktəb-liseyi, 62, 70 və 220 saylı məktəb-liseyləri, 145, 161 və 260 saylı tam orta məktəbləri daxil edilib.

 

Chosen
0
9
tehsil.biz

10Sources