EN

Səfir: Macarıstanla Azərbaycan arasında bərpaolunan enerji sahəsində ən böyük layihə "yaşıl enerji dəhlizi"dir

Hazırda Macarıstan və Azərbaycan arasında bərpaolunan enerji sahəsində ən böyük layihə "yaşıl enerji dəhlizi"dir.

Bunu “Report”a açıqlamasında Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma deyib.

Onun sözlərinə görə, bu dəhliz vasitəsilə Qafqaz bölgəsindən Avropaya Qara dənizin altı ilə bərpa olunan elektrik enerjisi nəql ediləcək:

"Layihədə Gürcüstan və Rumıniya da iştirak edir və onun 2030-cu illərin əvvəlində istifadəyə verilməsi gözlənilir”.

Səfir onu da vurğulayıb ki, Macarıstanın enerji şirkəti olan “MVM” Azərbaycanla digər mümkün layihələr üzrə də müzakirələr aparır, lakin hələlik konkret qərar qəbul edilməyib.

Chosen
0
report.az

1Sources