EN

Yaşayış binasında güclü partlayış - Yaralılar var 

Türkiyənin Konya şəhərində yerləşən dörd mərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib.


Manset.az-ın əldə etdiyi məlumata əsasən, baş verən partlayış nəticəsində biri ağır olmaqla 12 nəfər yaralanıb.

Partlayışın ardından binada yanğın baş verib. Əraziyə dərhal polis, təcili tibbi yardım və xilasetmə qrupları cəlb olunub.

Yaralılar ətrafdakı xəstəxanalara yerləşdirilib.

Konya Qubernatorluğunun yaydığı rəsmi məlumatda bildirilir ki, partlayışın təbii qaz sızmasından qaynaqlandığı ehtimal olunur. 


Chosen
0
manset.az

1Sources