EN

Duş üçün ideal vaxt yatmazdan bir saat əvvəldir -Həkimdən tövsiyə

LloydsPharmacy Onlayn Doktorunun ümumi praktikantı Bhavini Şah duş qəbul etmək üçün ən uyğun vaxtı açıqlayıb.

Redaktor.az xəbər verir ki, mütəxəssis bu barərə "The Sun" nəşrinə məlumat verib.

Məlumata görə, ilıq su ilə duş qəbul etmək yuxu keyfiyyətini artırmaq üçün əhəmiyyətli rol oynayır.

Şah bildirib ki, yatmazdan təxminən bir saat əvvəl 10-15 dəqiqə ərzində isti duş qəbul etmək bədənin tədricən soyumasına kömək edir. “Yuxu vaxtı yaxınlaşdıqca bədən istiliyi təbii olaraq azalır, bu zaman isə əl və ayaqların dərisinin temperaturu artır. İlıq duş bu prosesi dəstəkləyir,” – deyə o izah edib.

Mütəxəssis əlavə edib ki, bu cür duş həmçinin əzələləri rahatlaşdırır, fiziki gərginliyi azaldır. Onun sözlərinə görə, prosedurun sonunda 30 saniyəlik sərin su ilə duş almaq daha faydalıdır: “Temperaturun tədricən azalması bədənin soyuma prosesini sürətləndirir və yuxuya keçidi asanlaşdırır.”

Qeyd edək ki, 2024-cü ilin aprel ayında rusiyalı kosmetoloq Yekaterina Ançikova duş zamanı çoxlarının diqqətdən qaçırdığı bədən hissələrini açıqlamışdı.

Aytəkin TOFİQQIZI

Chosen
0
redaktor.az

1Sources