EN

İran XİN rəhbəri Pakistana səfər edib

İranın xarici işlər naziri Abbas Əraqçı bu gün Pakistana səfər edib.

Missiya.Az xəbər verir ki, bu barədə "Tasnim News" məlumat yayıb.

Bildirilib ki, Əraqçı səfər çərçivəsində Pakistanın yüksək vəzifəli şəxsləri ilə görüşəcək, ikitərəfli məsələlər, o cümlədən iqtisadi-ticarət əməkdaşlığı, sərhəd təhlükəsizliyi, eləcə də regional və beynəlxalq proseslərlə bağlı müzakirələr aparacaq.

Qeyd edək ki, siyasətçi Pakistandan sonra Hindistana səfər edəcək.

Daşqın HəsənovMissiya.Az

Chosen
0
1
missiya.az

2Sources