BAKI, 3 may. TELEQRAF
"Uzunmüddətli müayinə və müalicədən sonra Türkiyədən Bakıya döndüm".
Teleqraf xər verir ki, bunu Türkiyənin İstanbul şəhərində yerləşən Hisar Beynəlxalq Hospitalda müalicə alan tanınmış jurnalist, siyasi icmalçı Azər Rəşidoğlu bildirib.
"2 həftəyə yəqin ki, yenidən ( bu dəfə qısamüddətli) Türkiyəyə gedəcəm. İlk mərhələ uğurlu oldu, ən müxtəlif analizlərin verilməsi və müalicənin başlanması vaxt apardı. Dövlətimiz sağ olsun, məni yalnız buraxmır. Bu qədər insanın sevgisini və duasını, narahatlığını gözləmirdim. Allah hamınızdan razı olsun. Hər kəs mənim problemimi öz doğmasının problemi hesab etdi və hər addımı nəzarətdə saxladı. Mediadakı həmkarlarımız bu məsələni gündəmdəmdən düşməyə qoymadı. Uzun çəkən bir savaşda birlikdəyik. İnşəallah, birlikdə sevinəcəyik. Azərbaycan - çox yaşa!",-deyə A.Rəşidoğlu vurğulayıb.
Qeyd edək ki, Azər Rəşidoğlunun müalicə xərclərini Heydər Əliyev Fondu üzərinə götürüb. O, onkoloji xəstəlikdən əziyyət çəkir.