EN

Türkiyə ilə Suriya arasında yeni enerji müqaviləsi imzalanacaq

Yazını böyüt
Yazını kiçilt

Suriyanın energetika naziri Məhəmməd Bəşir bildirib ki, Dəməşq yaxın vaxtlarda Türkiyədən Suriyaya 400 kilovoltluq elektrik enerjisi xətti ilə enerjisinin tədarükü üçün müqavilə imzalayacaq.

Hafta.az-ın SANA-ya istinadən yazdığına görə, Bəşirin "Elektrik xətti Reyhanlını İdlib çölündəki Haram bölgəsi ilə birləşdirəcək" deyib.

Xəbərə görə, suriyalı nazir “Türkiyənin Kilis şəhəri ilə Hələb şəhəri arasında təbii qaz xətti üçün işlərin davam etdiriləcəyini” də bildirib.

"Qaz xətti bizə Suriyadakı elektrik stansiyalarına gündə 6 milyon kubmetr qaz tədarük etməyə imkan verəcək ki, bu da ölkənin enerji vəziyyətinin yaxşılaşmasına töhfə verəcək", - nazir Bəşir bildirib.

Bəşirin türk şirkətlərini Suriyaya sərmayə qoymağa çağırdığı da vurğulanıb.

Məhəmməd Bəşir Suriyada neft və təbii qazın kəşfiyyatı, emalı və nəqli, elektrik xətlərinin və elektrik generasiya stansiyalarının bərpası, neftayırma zavodlarının yenidən qurulması da daxil olmaqla, bütün enerji sahələrində investisiyaların qoyula biləcəyini bildirib.

Xatırladaq ki, ötən ilin sonunda Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar ölkəsinin Suriya və Livana elektrik enerjisi verməyə hazır olduğunu, hökumətin Suriyada enerji problemlərini həll edəcək bir komandası olduğunu bildirmişdi.

Chosen
0
hafta.az

1Sources