EN

Rahat yuxunun sirri! Yastığın altına bir ədəd qoymaq kifayətdir

Rahat yuxunun sirri!

Yuxusuzluq və narahatlıq gecələr bir çox insanın həyat keyfiyyətini aşağı salan əsas problemlərdəndir. Son zamanlar isə sosial mediada geniş yayılan və sadə görünən, lakin təəccüblü təsirə malik bir üsul diqqət çəkir: yastığın altına sabun qoymaq. Bu metodun həm bədəni, həm də zehni sakitləşdirdiyi deyilir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, narahat ayaq sindromu zamanı gecələr ayaqlarda yaranan ağrı və qeyri-ixtiyari hərəkətlər yuxuya getməni çətinləşdirir. Yastığın altına sabun qoymaqla bu narahatlığın azaldığı müşahidə olunub. Bu üsulu sınaqdan keçirənlər ayaq əzələlərinin rahatladığını və gecəni daha sakit keçirdiklərini bildirirlər.

Kramplara qarşı qeyri-adi yanaşma

Maqnezium çatışmazlığına bağlı olaraq gecə krampları bir çox insanın narahatlıq mənbəyidir. Sabunun tərkibindəki bəzi təbii maddələrin elektromaqnit sahəsini tarazladığı və əzələ sancılarını yüngülləşdirdiyi düşünülür. Bu yanaşma elmi təsdiqini tam tapmasa da, geniş istifadəçi təcrübəsi ilə gündəmdə qalır.

Rahat qoxular, dərin yuxu

Lavanda, çobanyastığı və rozmarin kimi bitkilərlə hazırlanmış sabunlar sakitləşdirici təsirə malikdir. Bu növ sabunları yastığın altına qoyduqda, qoxular yavaş-yavaş ətrafa yayılır və stressi azaldaraq yuxuya keçidi asanlaşdırır.

Sadə, lakin təsirli üsul

Sabunla yatmaq qeyri-adi səslənsə də, istifadəsi asan və zərərsiz olan bu üsul sosial mediada geniş müsbət rəylər alır. Xüsusilə yuxuya getməkdə çətinlik çəkənlər, gecə tez-tez oyananlar və ayaq ağrılarından əziyyət çəkənlər üçün bu üsul alternativ olaraq dəyərləndirilə bilər.

Bu təbii metod tibbi müalicəni əvəz etməsə də, yuxu rejiminizə faydalı dəstək ola bilər. 

Tərcümə: Könül Oruc

E-saglam.az


Chosen
0
e-saglam.az

1Sources