EN

İran raket zərbələri ilə hədələndi – Tehrandan cavab

BAKI, 5 may. TELEQRAF

İsrail Baş naziri Benyamin Netanyahu husilərin (Yəmən) hücumlarına onların sponsoru İranı vurmaqla cavab verəcəyini vəd etdikdən sonra İran Xarici İşlər Nazirliyindən açıqlama gəlib.

Teleqraf xəbər verir ki, Tehran husilərin addımlarını İranla əlaqələndirən iddiaları rədd edib.

İran XİN bildirib ki, husilərin Fələstinə dəstəyi müstəqil qərardır və bunu İrana aid etmək yanlış bir iddiadır.

Xatırladaq ki, İsrail Baş naziri bundan əvvəl X sosial şəbəkəsində husilərin hücumlarına onların sponsoru İrana hava zərbələri endirməklə cavab verəcəklərini bəyan edib.

“Husilərin zərbələrinə seçdiyimiz vaxt və məkanda cavab verəcəyik”, - Netanyahu vurğulayıb.

Baş nazir ABŞ prezidentinin husi hücumlarının arxasında Tehranın olduğunu bildirdiyi bəyanatının skrinşotunu da paylaşıb. Netanyahu yazıb: “Prezident Donald Tramp tamamilə haqlıdır! Husilərin hücumları İrandan qaynaqlanır”.

Chosen
0
1
teleqraf.com

2Sources