EN

Səba Qızılbaş Oksford Universitetində Azərbaycan və Pakistan mədəniyyətinə dair dissertasiya müdafiə edib

Dünyada tanınan Azərbaycan əsilli məşhur Pakistan rəssamı Səba Qızılbaş Oksford Universitetində Azərbaycan və Pakistan mədəniyyətinə dair dissertasiya müdafiə edərək doktor adı qazanıb.

Soydaşımız Səba xanım dünyaca məşhur rəssam olmaqla yanaşı həm də  incəsənət müəllimidir. 

Qızılbaş Qlobal İrsi Təşkilatından aldığım məlumata görə Səba Qızılbaş 1977-ci ildə Pakistanın Lahor şəhərində Qızılbaş ailəsində anadan olub, Lahor Milli İncəsənət Kollecində rəssamlıq üzrə təhsil alıb, Amerika Birləşmiş Ştatlarında İncəsənət Təhsili üzrə magistr dərəcəsinə sahibdir. O, 2022-ci ildə Böyük Britaniyanın Oksford Universitetinin Ruskin İncəsənət Məktəbindən Təsviri İncəsənət üzrə magistr dərəcəsi də alıb. 

Azərbaycan və Pakistan mədəniyyətinə həsr etdiyi dissertasiyasına görə həm Mansfield-Ruddock, həm də Pembroke Embery mükafatını qazanıb. 

Səba Qızılbaşın əsərləri Oksford, Nyu-York, Dubay, Honq-Konq, San-Fransisko, eləcə də Pakistanda nümayiş etdirilib.  

2022-ci ildə Cənubi Asiya rəssamlıq mükafatının qalibi də Səba Qızılbaş olub. Soydaşımız həmçinin 2023-cü ildə Nigaah İncəsənət Mükafatı - Üstün Rəsm Mükafatının qalibi seçilib.

Rəssamın "Bakıdan Multana" adlı silsilə tabloları Oksford Universitetinin daimi muzey kolleksiyasına daxil olunub.

Səba Qızılbaş 2017-ci ildə ailəsi ilə birlikdə ilk dəfə Bakıda olub və Azərbaycana vurğunluğunu ifadə edib.

Onu da demək lazımdır ki, Səba Qızılbaşın əcdadları Nadir Şahın Hindistan yürüşündə iştirak edən Qızılbaşların nəslindəndir. Zəfərdən sonra onun ulu babaları burada şəhər və vilayət hakimləri vəzifələrində çalışıblar.

 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

 

Chosen
0
xalqqazeti.az

1Sources