Bakının Nəsimi rayonu, Qərib Babayev küçəsində binada yaşayış olduğu halda evlər sökülür.
Viral.az xəbər verir ki, Xəzər TV sözügedən ərazidən süjet hazırlayıb.
Bildirilib ki, binadan 80-dən çox ailə köçürülüb, 2 ev isə qalıb.
Son Yazılar:
- Bu binada yaşayış olduğu halda söküntü işləri aparılır
- Akif İslamzadə oğlunun toyunda elə rəqs etdi ki…
- Belarus Baş naziri Azərbaycana GƏLİR
Sakinlərin iddiasına görə, evdən çıxmağı qəbul etməsələr də, söküntü işlərinə başlanılıb: “Söküntüyə görə su kəsilib, kanalizasiya boruları işləmir”.
Digər vətəndaş isə təklif olunan məbləğə ev ala bilməyəcəyini deyib: “Bütün sakinləri razılığa gətiriblər, məni yox… Evimiz 15 kvadrat metrdir, 39-40 min təklif edirlər. Ancaq mən bu kompensasiya ilə razılaşmıram. Çünki o məbləğə heç bir yerdən ev almaq mümkün deyil”.
Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ünvanda park salınacaq: “Gələn həftə kompensasiyanın azlığından şikayətlənən sakinlərlə danışıqlar aparılacaq”.
Daha ətraflı videomaterialda: