EN

Aktau şəhərində ”Konstitusiya və Suverenlik ili” ilə bağlı konsert olub

Azərbaycanın Aktaudakı Baş konsulluğunun təşəbbüsü ilə Azərbaycanda 2025-ci ilin“ ”Konstitusiya və Suverenlik ili” elan edilməsi ilə bağlı Dostluq Evində konsert keçirilib.

Konsertdən əvvəl baş konsul Ayxan Süleymanlı çıxışında 2025-ci ilin ölkəmizdə ”Konstitusiya və Suverenlik ili” elan edilməsi, Konstitusiyamızın qəbul olunma tarixi, 2023-cü il sentyabrın 19-20-də keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam təmin olunması barədə konsert iştirakçılarına məlumat verib.

Manqistau Vilayət Maslixatının sədri Janbırbay Matayev çıxışında Azərbaycan-Qazaxıstan dostluğunun tarixindən, ölkə başçıları arasında qarşılıqlı etimada əsaslanan dostluq əlaqələrindən, ölkələrimiz arasındakı münasibətlərdən söz açıb, ”Konstitusiya və Suverenlik ili” ilə əlaqədar xalqımızı təbrik edib.

“Dostluq” Azərbaycan İctima Birliyinin sədri Şəmsəddin Hüseynov Qazaxıstanda yaşayan digər azsaylı xalqların nümayəndələrinə, o cümlədən azərbaycanlılara qazax xalqının göstərdiyi dost münasibəti yüksək qiymətləndirib, yaradılan şəraitə görə ölkə və vilayət rəhbərliyinə təşəkkürünü bildirib.

“Azərbaycan Mərkəzi”nin rəhbəri İlkin Orucov isə öz çıxışında elmi praktik konfransın, konsertin keçirilməsinə dəstək verən qurumlara təşəkkürünü bildirib və belə tədbirlərin keçirilməsinin ölkələrimiz arasında mədəni sahədə əlaqələrin inkişafına xidmət etdiyini vurğulaayıb. 

Konsertdə Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin tələbələri Azərbaycan və qazax xalqının milli rəqslərini təqdim edib, mahnılar oxuyublar. Konsertdə ölkəmizdən dəvət olunan müğənni Kərim Abbasov və “Dostluq” qrupu Azərbaycan mahnılarını ifa ediblər.

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Aktau 

 

Chosen
0
xalqqazeti.az

1Sources