EN

Zelenksi Putini “atəşkəs tamaşası” qurmaqda ittiham etdi

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Kiyev Rusiyanın elan etdiyi üç günlük atəşkəsə əməl edəcəyinə inanmır.

Modern.az xəbər verir ki, o bu barədə Praqada Çexiya prezidenti Petr Pavellə eyni mətbuat konfransında çıxış edərkən deyib.

"Təəssüf ki, biz bu qonşuların kim olduğunu və ilk növbədə öz dövlətləri daxilində bəzi radikal siyasi dividentlər naminə nə etməyə hazır olduqlarını başa düşürük" deyən Zelenski Rusiyanın Pasxa bayramında elan etdiyi "atəşkəs" zamanı da 100-dən çox hücum təşkil etdiyini xatırladıb.

Qeyd edək ki, hər iki tərəf Rusiyanın aprel ayında elan etdiyi 30 saatlıq Pasxa atəşkəsi pozmaqda bir-birini günahlandırıb.

"Yəni inanc yoxdur, təxribatlar ola bilər. Amma bu, ruslardan asılıdır. Əgər kimsə hələ də onlara inanırsa, qoy bunu özlərində sınasınlar", - Zelenski bildirib.

Ukrayna prezidenti daha əvvəl bəyan etmişdi ki, Kiyev mayın 7-dən atəşkəsə hazırdır, lakin 3 gün yox, 30 gün üçün. O, ilk dəfə olaraq Rusiya prezidenti Vladimir Putinin bazar ertəsi, aprelin 28-də elan etdiyi atəşkəs təklifini açıq şəkildə rədd edib.

"Bu, böyük teatr tamaşasıdır" deyə Zelenski üç günlük atəşkəs ideyası haqda deyib.

Xatırladaq ki, Kreml Rusiya prezidenti Vladimir Putinin qərarı ilə mayın 8-i saat 00:00-dan mayın 11-i saat 00:00-a qədər atəşkəsin tətbiq ediləcəyini açıqlayıb. 

Ukrayna prezidenti Vladimir Zelenski faşizm üzərindəki qələbənin 80-ci ildönümünün qeyd edilməsilə bağlı Rusiyanın 3 günlük atəşkəs təklifini rədd edib.

Zelenski deyib ki, Kiyev mayın 9-da Moskvaya parad üçün gələcək xarici nümayəndə heyətlərinin təhlükəsizliyinə zəmanət verə bilməz.

Chosen
0
modern.az

1Sources