EN

Mahmud Abbas Qəzzadakl vəziyyəti Vladimir Putinlə müzakirə edəcək

Fələstin prezidenti Mahmud Abbas mayın 10-da Rusiya lideri Vladimir Putinlə görüşdə ikitərəfli münasibətləri və Qəzza zolağındakı vəziyyəti müzakirə etmək niyyətindədir.

Herbiand.az xəbər verir ki, bunu Fələstin liderinin müşaviri Mahmud əl-Həbbaşın TASS müxbirinə bildirib.

"Görüş, xüsusilə Rusiya ilə Fələstin arasında sıx tarixi əlaqələr olduğu üçün ikitərəfli münasibətləri və bütün sahələrdə birgə əməkdaşlığı gücləndirmək yollarını müzakirə etmək imkanı verəcək. Abbas həmçinin İsrailin Fələstin xalqına, xüsusən də Qəzza zolağına qarşı davam edən təcavüzü fonunda Fələstində baş verən son hadisələr və Fələstin qarşısındakı problemlərin aradan qaldırılmasında prioritetləri barədə məlumat verəcək".

Bundan əvvəl Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofəl “İzvestiya”ya bildirib ki, Abbas Moskvaya mayın 8-də gələcək. Onun mayın 10-da Putinlə danışıqlar aparacağı gözlənilir.

Chosen
0
herbiand.az

1Sources