ABŞ prezidenti Donald Tramp NBC News-a eksklüziv müsahibəsində iqtisadiyyatın “yaxşı tərəfinə” görə öz payının olduğunu, “pis tərəflərin” keçmiş ABŞ prezidenti Co Baydenə aid olduğunu deyib.
İndex.az xəbər verir ki, Tramp iqtisadiyyatla bağlı qeyri-müəyyənliklərə baxmayaraq, tətbiq etdiyi tarifləri müdafiə edib.
“Nəhayət, hər şeyə görə məsuliyyəti öz üzərimə götürürəm, lakin mən burada cəmi üç aydan bir az artıq müddətdə olmuşam” deyən Tramp tariflərin təsirinin yenicə görünməyə başladığını qeyd edib.
“Tariflər bizi zəngin edəcək. Biz çox zəngin ölkə olacağıq”, – Tramp əlavə edib.
Tramp daha əvvəl iqtisadi problemlərə görə sələfi Baydeni günahlandırmağa çalışmışdı. Keçən həftə o, ilin birinci rübündə ABŞ iqtisadiyyatının daralmasına görə Baydeni məsul tutdu.