EN

Tramp bunu da etdi - xarici filmlərə 100 faiz vergi tətbiq olunacaq!


ABŞ Prezidenti Donald Tramp indi də üzünü incəsənət sahəsinə çevirib. Ağ Ev rəhbəri ABŞ-a daxil olan xarici filmlərə 100 faiz vergi tətbiq edəcəyini açıqlayıb. O bildirib ki, Amerikada Kino sənayesi çox sürətlə ölür. SİTAT: “Hollivud və ABŞ-ın bir çox digər əraziləri məhv olub. Bu, digər xalqların birgə səyi nəticəsində baş verib və deməli, milli təhlükəsizlik üçün təhdiddir. Buna görə də, mən Ticarət Departamentinə və Birləşmiş Ştatların Ticarət Nümayəndəliyinə xaricdə istehsal olunan və ölkəmizə gələn bütün filmlərə 100 faiz tarif tətbiq etmək prosesinə dərhal başlamağı tapşırıram."

Mətləb Salahov

Chosen
0
5
baki-xeber.com

6Sources