EN

Kontakt Home süni şəkildə faiz dərəcəsi yaradır?İDDİA +AÇIQLAMA

Anar İbrahimov adlı vətəndaş “Kontakt Home” mağazalar şəbəkəsindən şikayətçidir. AzPost xəbər verirki, o bu barədə sosial media hesabında yazıb.

Vətəndaş idda edirki, şirkət süni şəkildə faiz dərəcəsi yaradır və bunu bir çox alıcılar hiss etmir. “Sübut belə edirəm qəbul edirlər, ancaq sonra yenə SMS vasitəsi ilə xəbər edirlər ki, guya ki bunlar düz imiş. Heç bir gecikməm olmaya-olmaya 47 manat dəbbə pulu düzəldib qoyublar ora 5 aydır ödənir ancaq qurtarmır ki, qurtarmır”.

Anar İbrahimov deyir ki, hər ay 80 manat ödəniş edib. “Tez ödənib ki, gec olmayıb. Ancaq bunlar özlərindən sistemləri vasitəsi ilə yeni süni faiz dərəcəsi yaradırlar və insanları aldatmaqdan əlavə olaraq, səhvlərini sübut edirəm boyunlarına alırlar ancaq sonda yenə süni faiz dərəcəsi yaratmaqdan əl çəkmirlər. 80 manat aylıq ödənişi 157 manat olaraq göstərirlər və əlavə olaraq 178 manat əlavə faiz ortaya çıxır. Bu nə dərəcədə düzgün ola bilər bu nə özbaşınalıqdır belə. Bunlar Şəhidin belə evindən əşyaları yıxşırıb aparan bir şirkətidir. Ancaq bu o demək deyil ki istədikləri hər bir insana bu hərəkəti edə bilərlər” – deyə vətəndaş şikayətində bildirirb.

“Kontakt Home” mağazalar şəbəkəsindən vətəndaşın iddasına cavab olaraq bildirilib ki, müştərilərimizin doğru və dəqiq məlumatlandırılması hər zaman əsas öncəliyimizdir. “Bu səbəbdən müraciətiniz daxil olan kimi dərhal sizinlə əlaqəyə keçib, yaranmış suallarınıza aydınlıq gətirdik. Araşdırmalar zamanı təqdim etdiyiniz məlumatlar diqqətlə incələnmiş və hesablamaların düzgün aparıldığı müəyyən edilmişdir.

Bununla yanaşı, nəzərinizə çatdırmaq istərdik ki, razılaşdığımız müqaviləyə əsasən ödənişlərin cədvəldə təyin olunan tam məbləğ və tarixlərdən gec olmadan həyata keçirilməsi vacibdir. Gecikmə baş verdiyi təqdirdə əlavə məbləğin hesablanması halı müqavilənin 2.6-cı bəndində öz əksini tapır” – deyə şirkətin cavabında bildirilir.

 

Chosen
0
azpost.info

1Sources