
Hollivudun ulduz aktyoru Kianu Rivz və məşhur aktrisa Sandra Bullok romantik bir trillerdə baş rollar alacaqlar. Yeni film "Amazon MGM" kinostudiyası tərəfindən ekranlaşdırılacaq.
Reyting.az xəbər verir ki, yeni filmin ssenarisini Noy Oppenheymer yazıb.
Süjetin təfərrüatları açıqlanmır.
Yeni layihədə prodüser, rejissor Mark Qordon da iştirak edir. Lakin çox tezliklə lentə alınacaq bu filmin rejissoru barədə hələlik məlumat verilmir.
Şirkətdən bildiriblər ki, öncə prodüser Qordon, ssenarist Oppenheymerlə birgə film üçün ideyanı hazırladıqdan az sonra Rivz ilə Bullokun yanına gəlib və ilkin danışıqlar aparıblar. Yeni layihəni təmsil edən nümayəndələr Hollivud ulduzlarının razılığını aldıqdan sonra bu ekran əsərinin birlikdə inkişaf etdirməyə qərar veriblər.
Bununla belə, Kianu Rivzin yaxın vaxtlarda öz məşhur obrazına, "Con Uik"-in aksiyon seriyasına dönməyə hazırlaşır. Eyni zamanda da Hollivudun ulduz aktrisası Sandra Bullok bir müddət öncə "İtirilmiş şəhər" adlanan yeni döyüş komediyasında baş rolu oynayıb.
Yeni filmin adı və istehsal tarixi ilə bağlı konkret məlumat verilməyib.
Oqtay QORÇU