Zaqatalada minik avtomobili ağaca çırpılıb, sürücü hadisə yerində ölüb.
Modern.az APA-ya istinadən məlumat verir ki, hadisə mayın 4-dən 5-nə keçən gecə Zaqatala-Muğanlı avtomobil yolunun Muğanlı kəndinin girişindən keçən hissəsində baş verib.
BelÉ™ ki, 1985-ci il tÉ™vÉ™llüdlü, Zaqatala rayonu MuÄŸanlı kÉ™nd sakini ElsevÉ™r Mahmud oÄŸlu MÉ™mmÉ™dovun idarÉ™ etdiyi “Mercedes” markalı minik avtomobili idarÉ™etmÉ™dÉ™n çıxaraq yolun kÉ™narındakı aÄŸaca çırpılıb.
Qəza nəticəsində sürücü E. Məmmədov aldığı ağır xəsarətlərdən dünyasını dəyişib və o, sükan arxasında sıxılmış vəziyyətdə qalıb.
E. Məmmədovun meyiti hadisə yerinə cəlb olunmuş Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Zaqatala rayon şöbəsinin həkim briqadasına təhvil verilib.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır