EN

Xarici filmlərə 100 faiz vergi tətbiq ediləcək - Donald Tramp

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp ölkəyə idxal olunan xarici filmlərə100 faiz tarif tətbiq ediləcəyini açıqlayıb.

Trend-inməlumatına görə, Tramp bu qərarın Amerikanın kino sənayesiniqorumaq məqsədi daşıdığını bildirib. Onun sözlərinə görə, hazırdaABŞ kino sənayesi ciddi şəkildə zəifləyib və bir sıra ölkələramerikalı rejissorları və studiyaları xaricə cəlb etmək üçünmüxtəlif təşviqlər təklif edirlər.

“Hollivud və ABŞ-nin bir çox bölgələri faktiki olaraq məhv olub.Bu, digər ölkələrin məqsədli səyləri nəticəsində baş verib və artıqmilli təhlükəsizlik məsələsinə çevrilib”, – deyə Trampvurğulayıb.

Bu səbəbdən Prezident Ticarət Departamentinə və ABŞ TicarətNümayəndəliyinə xaricdə istehsal edilən və ABŞ bazarına daxil olanbütün filmlərə 100 faiz tarif tətbiqi üçün prosesə dərhal başlamağıtapşırdığını qeyd edib.

“Biz yenidən ABŞ-də çəkilmiş filmlər istəyirik”, – deyə Trampəlavə edib.

Chosen
0
az.trend.az

1Sources