EN

Yaxın zamanda Tramp Rusiya əleyhinə yeni sanksiyalar tətbiq edəcəkmi?

ABŞ prezidenti: Rusiyaya qarşı sanksiyalar Ukrayna sülh razılaşmasından asılıdır...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “NBC News” telekanalına müsahibəsində bildirib. Müvafiq suala cavab olaraq Tramp bildirib ki, yeni anti-Rusiya sanksiyaları Ukraynada nizamlanmadan asılıdır.

“Bu, Rusiyanın sülhə doğru addımlayıb-gedməyəcəyindən asılıdır. Biz sülh sazişi görmək istəyirik”, deyə ABŞ ptrezidenti bildirib.

Trampın sözlərinə görə, Avropa ABŞ-nin Ukraynaya ayırdığı vəsaitin yalnız üçdə birini xərcləyir. Eyni zamanda, sülh yolu ilə nizamlanma məsələsi Aİ üçün Vaşinqtondan daha vacibdir.

Tramp həmçinin xatırladıb ki, avropalı liderlər ondan dəfələrlə rusiyalı həmkarı Vladimir Putinə zəng etməyi xahiş ediblər. Çünki Putin onların zənginə cavab vermir.

Həmin müsahibədə Amerika lideri Rusiya ilə Ukrayna arasında sülh şanslarını “yaxşı” adlandırıb, lakin münaqişə tərəflərindən biri ilə danışıqlar zamanı digərinə nisbətən daha böyük uğur qazanıldığını vurğulayıb və qeyd edib ki, tezliklə irəliləyiş olmasa, Vaşinqton vasitəçi rolunu dayandıra bilər.

Poliqon.info

Chosen
0
poliqon.info

1Sources