EN

Tramp Alkatraz həbsxanasının yenidən açılmasını istəyir

Tramp Federal Həbsxanalar Bürosuna Kaliforniya ştatının San-Fransisko şəhərində muzeyə çevrilən Alkatraz həbsxanasını təhlükəli cinayətkarlar üçün yenidən açmağı tapşırıb.

ABŞ prezidenti Donald Tramp Alkatraz həbsxanasının yenidən açılmasını istəyir.

Operativ Media xəbər verir ki, o, bu haqda "Truth" sosial media hesabından açıqlama verib.

ABŞ-nin uzun müddətdir ki, təhlükəli cinayətkarlarla məşğul olduğunu qeyd edən Tramp, "Keçmişdə daha ciddi bir millət olanda ən təhlükəli cinayətkarları həbs etməkdən çəkinməzdik. Bu cinayətkarlara daha dözməyəcəyik" deyə bildirib.

Tramp bildirib ki, o, Federal Həbsxanalar Bürosuna Alkatrazı təmir edib genişləndirmək və onu "ən təhlükəli cinayətkarlar" üçün həbsxana kimi istifadə etmək üçün yenidən açmağı tapşırıb.

Chosen
0
1
operativmedia.az

3Sources