EN

Husilər İsrailin hava məkanını tam blokadaya almaq niyyətindədir

BAKI, 4 may. TELEQRAF

Yəmənin üsyançı "Ənsar Allah" hərəkatı İsrailin hava limanlarına, o cümlədən "Ben-Qurion"a zərbələr endirməklə yəhudi dövlətinin hava məkanını tam blokadaya almağı planlaşdırır.

Teleqraf xarici mətbuata istinadən xəbər verir ki, bu barədə hüsi üsyançılarının formalaşdırdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Saria bildirib.

"İsrailin Qəzza sektorunda təcavüzkar əməliyyatı genişləndirmək qərarına cavab olaraq silahlı qüvvələr hava limanlarına, ilk növbədə "Ben-Qurion" hava limanına çoxsaylı zərbələr endirməklə İsrailin hava məkanını tam blokadaya almaq üzərində çalışacağını bəyan edir", - o, üsyançıların nəzarətində olan “Al Masirah” telekanalının efirində bildirib.

Chosen
0
teleqraf.com

1Sources