EN

Liqa 1: Lion “Olimpik”i uduzdu, Marsel “Olimpik”i xal itirdi

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 32-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

“Lill” – “Olimpik” (Marsel) matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Nant” evdə “Anje”yə, “Oser” “Havr”a, Lion “Olimpik”i isə “Lans”a məğlub olub. “Brest” “Monpelye”ni xalsız yola salıb.

Beləliklə, Liqa 1-in geridə qalmış 32 turundan sonra çempionluğu daha öncə təmin etmiş PSJ 78 xalla vahid liderdir. Marsel “Olimpik”i 59 xalla ikinci, “Monako” 58 xalla üçüncü pillədə qərarlaşıb. “Nitsa”, “Lill” və “Strasburq”un 57, Lion “Olimpik”inin 54, “Lans”ın 48, “Brest”in 47, “Oser”in 41, “Renn” və “Tuluza”nın 38, “Reyms” və “Anje”nin 33, “Nant”ın 32, “Havr”ın 31 xalı var.

Fransa, Liqa 1
32-ci tur

2 may

Nitsa – Reyms 1:0
Qol: M.Sanson, 15.

3 may

Strasburq – PSJ 2:1
Qollar: L.Hernandes, 20-öz qapısına. Lemareşal, 45+3 – Barkola, 46.

Tuluza – Renn 2:1
Qollar: Qobo, 28. Donnum, 82 – Kalimuendo, 65.

Sent Etyen – Monako 1:3
Qollar: Davitaşvili, 65 – Akliuş, 2. Əl-Musrati, 68. Baloqun, 78.

4 may

Nant – Anje 0:1
Qol: Allevina, 52.

Oser – Havr 1:2
Qollar: Sinayoko, 62 – J.Junior, 79-öz qapısına. Sanqante, 90+2.

Brest – Monpelye 1:0
Qol: Del Kastilyo, 15.

Olimpik (Lion) – Lans 1:2
Qollar: Mikautadze, 79 – Koyalipu, 21. Zaruri, 85.

Lill – Olimpik (Marsel) 1:1
Qollar: Pardo, 74 – Quiri, 57.

Chosen
0
arena.az

1Sources