EN

Putin nəvələrindən DANIŞDI

Rusiya prezidenti Vladimir Putinin nəvələri sərbəst şəkildə Kremlə gələ bilərlər, lakin onlar səfərləri barədə əvvəlcədən xəbərdarlıq etməyə çalışırlar.

Modern.az-ın məlumatına görə, bu barədə dövlət başçısı jurnalist Pavel Zarubinə müsahibəsində deyib.

Putinin sözlərinə görə, qohumları onun işinin xüsusiyyətlərini başa düşürlər.

“Onlar məni əvvəlcədən xəbərdar etməyə, nə vaxt onları görmək üçün hansısa “pəncərə”min olacağını soruşmağa çalışırlar”, - Putin deyib.

Zarubin Rusiya prezidentinin nəvələrinə qarşı sərt olub-olmadığını soruşduqda o, "yox" cavabı verib.

Vladimir Putin 1983-cü ildə Lyudmila Putina ilə evlənmişdi. Bu evlilikdən onların iki qızı var: Mariya və Yekaterina. 2013-cü ildə prezident və həyat yoldaşı boşandıqlarını elan etdilər. Lyudmila Putina bildirib ki, onlar dövlət başçısının işə qərq olması və bir-birlərini çətin gördüyü üçün nikahlarını pozublar.

2017-ci ildəki canlı yayımda Putin ikinci dəfə baba olduğunu demişdi. O, nəvələrinin narahat ediləcəyindən qorxaraq onların adını çəkməsə də, qızları ilə fəxr etdiyini söyləmiş, nəvələri ilə nadir hallarda görüşməyindən şikayətlənmişdi.

Chosen
0
6
modern.az

7Sources