EN

Joze Mourinyo: "Liqa başlamadan sonu bəlli idi"

Superliqanın 34-cü turunda doğöma meydanında "Beşiktaş"a uduzan "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo matçdan sonra sensasiyalı açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hakim qərarlarına etirazını təkrarlayan portuqaliyalı çalışdırıcı komandasının səhvlərindən də söz açıb.

O, daha sonra hakimlərin üzərinə yükılənib və hələ liqa başlamadan çempionun bəlli olduğunu iddia edib: ""Fənərbağça" nəyi səhv etdi? Fərdi oyunlarımız gözlənilən kimi olmadı. Kollektiv olaraq da yaxşı deyildik. Ancaq meydanda yalnız bir komanda - biz matçda qalib gəlmək istəyirdik. Şans yaratdıq. Uduzmağa layiq deyildik. "Beşiktaş"ı təbrik edirəm. Onlar müdafiədə gözlədiyimiz kimi oynadılar. Üstəlik, hakim, VAR qərarları, verilməyən penalti...Bir sözlə, liqa başlamadan sonu  bəlli idi..."

Fərid ASLAN
MİA.AZ

 

Chosen
0
mia.az

1Sources