EN

Husilər İsrailə tam hava blokadası yaratmaq niyyətindədirlər

Yəmənin üsyançı Ənsar Allah hərəkatından olan husilər Ben Qurion da daxil olmaqla yəhudi dövlətinin hava limanlarına zərbələr endirərək İsrailə qarşı tam hava blokadası keçirməyi planlaşdırır. 

Ucnoqta.az xəbər verir ki, bu barədə qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya bildirib.

O, bildirib ki, İsrailin Qəzza zolağında aqressiv əməliyyatını genişləndirmək qərarına cavab olaraq, silahlı qüvvələr hava limanlarına, ilk növbədə İsraildə Ben Qurion hava limanı kimi tanınan Lod hava limanına çoxsaylı zərbələr endirməklə, İsrail düşməninin tam hava blokadası yaratmağa çalışacaqlar.

Chosen
0
4
ucnoqta.az

5Sources