EN

Bəzi şirkətlər bu ölkəyə uçuşları dayandırdı


Yəməndəki husilərin Ben-Qurion hava limanına raket zərbəsi endirməsi nəticəsində bir sıra aviaşirkətlər İsrailə uçuşlarını dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Almaniyanın “Lufthansa” və İspaniyanın “Air Europa” aviaşirkətləri Tel-Əvivə bütün reyslərini müvəqqəti olaraq dayandırıblar. Səbəb Yəməndən atılan ballistik raketin İsrail hava məkanına daxil olaraq Ben-Qurion hava limanı ərazisinə düşməsi olub.

Hadisə nəticəsində hava limanı bir müddətlik uçuş və enişləri dayandırıb.

Chosen
0
news24.az

1Sources