EN

Tbilisidən Azərbaycan sərhədinə gedən beynəlxalq avtomobil yolu təmir olunur

Bakı. Trend:

Gürcüstan paytaxtı Tbilisidən Azərbaycan sərhədinə gedənbeynəlxalq əhəmiyyətli avtomobil yolunda əsaslı təmir işlərinəbaşlanılıb.

Trend xəbər verirki, asfalt örtüyünün təmiri ilə əlaqədar mayın 4-dən 10-dəkTbilisi-Bakursixe-Laqodexi beynəlxalq avtomobil yolunun 27-35-cikilometrlik hissəsində avtonəqliyyat vasitələrinin hərəkətiməhdudlaşdırılacaq.

Gürcüstan Yollar Departamentindən bildirilib ki, burada yolunhərəkət hissəsi bir zolağa qədər daralacaq, ona görə də hərəkətinməhdudlaşdırıldığı dövrdə avtomobillər əvvəlcə bir zolaqla, sonraisə digər zolaqla hər iki istiqamətdə hərəkət edəcək.

Kaxeti regionunun əsas yollarından biri olanTbilisi-Bakursixe-Laqodexi magistralı əhalinin sıx məskunlaşdığıərazidən keçir və tranzit nəqliyyatın yüksək intensivliyi iləxarakterizə olunur.

Qeyd edək ki, Alazani vadisi tərəfdən 2024-cü ildəTbilisi-Bakursixe-Laqodexi-Azərbaycan sərhədi beynəlxalq avtomobilyolunu mövcud daxili yol ilə birləşdirən yeni dolama yolutikilmişdir.

Hazırda bu yolda avtomobillərin hərəkətində sıxlıq müşahidəolunur.

Chosen
0
2
az.trend.az

3Sources