Almaniya Bundesliqasında 2024/25 mövsümünün qalibi məlum olub.
Futbolpress.az xəbər verir ki, “Bavariya”nın sona iki tur qalmış çempionluğu rəsmiləşib. Münhen təmsilçisi 32-ci turda ikinci pillədəki “Bayer”in “Frayburq”la oyunda (2:2) xal itirməsiylə qızıl medalları təmin edib.
“Bavariya” sona iki tur qalmış 76 xalla liderdir və “Bayer”in 8 xal qabaqlayır.