EN

Tramp varislərinin ADLARINI AÇIQLADI: "Mən gedəndən sonra onlar..."

ABŞ Prezidenti Donald Tramp dövlət katibi Marko Rubionu və ABŞ-ın vitse-prezidenti J.D.Vensi mümkün varislər kimi qeyd edib.

Publika.az xəbər verir ki, o, bu barədə "NBC News" kanalında məlumat verib.

Jurnalistin sualını cavablandıran Tramp deyib ki, o gedəndən sonra bu iki siyasətçi və daha "10-15-20" nəfər MAGA (Make America Great Again) hərəkatına rəhbərlik edə bilər.

Trampın sözlərinə görə, hazırda ABŞ Demokratik Partiyasında çəki baxımından gənc respublikaçı nəsillə müqayisə edilə bilən siyasətçi yoxdur ki, bu da onun potensial varislərini sağlam rəqabətdən məhrum edir.

Chosen
0
publika.az

1Sources