Rumıniyanın Konstansa şəhərində dəmir yolu vağzalında iki qatarın toqquşması nəticəsində azı 28 nəfər xəsarət alıb. Onlardan 7 nəfəri xəstəxanaya yerləşdirilib.
KONKRET.az xəbər verir ki, insident IR 1586 saylı sərnişin qatarı hərəkətə hazırlaşarkən, manevr edən IR 1688 saylı başqa bir qatarla toqquşması nəticəsində baş verib. Hadisə yerinə təcili yardım briqadaları cəlb olunub, sərnişinlər təxliyə edilib.
Rumıniyanın nəqliyyat naziri Sorin Qrindyanu hadisənin araşdırıldığını və gələcəkdə oxşar qəzalara yol verilməməsi üçün dərhal qabaqlayıcı tədbirlərin görüləcəyini bildirib.
Hər iki qatar texniki yoxlamadan keçirilmək məqsədilə depoya aparılıb.
Hazırda qəzanın dəqiq səbəbləri ilə bağlı istintaq davam edir.
Natiq SƏLİM,
KONKRET.az