Azərbaycanlı futbolçu Mahir Emrelinin şərəfini qoruduğu "Nürnberq" klubu bu gün Almaniya 2-ci Bundesliqasında vacib oyuna çıxır.

Offsideplus.az xəbər verir ki, Miroslav Klozenin rəhbərlik etdiyi kollektiv doğma azarkeşlər önündə "Elversberq"i qəbul edir.

Hazırda 45 xalla 10-cu pillədə qərarlaşan "Nürnberq" Bundesliqaya vəsiqə uğrunda mübarizəni davam etdirmək üçün rəqibini mütləq məğlub etməlidir. Əks təqdirdə, sona 2 tur qalmış komandanın bütün ümidləri puça çıxacaq.

Bu baxımdan "Nürnberq"in Mahir Emrelinin köməyinə ehtiyacı var. Həmvətənimiz son 3 turda 4 qol vurub. 27 yaşlı hücumçu ötən ilin payızında 4 oyunluq qol seriyasına nail olub (biri kubokda olmaqla 4 matçda 4 qol).

Emreli start heyətində yer alıb. O, sol əl sümüyündən zədələnsə də, bugünkü görüşə xüsusu hazırlanmış şinlə çıxır.

Oyunla bağlı ən maraqlı məqamları saytımız vasitəsilə izləyə bilərsiniz.

2-ci Bundesliqa, XXXII tur

15:30 "Nürnberq" - "Elversberq" 1:1 (ikinci hissə)

Qol: Antist, 44 - Baum, 52

Mahir oyundan öncə isinmə hərəkətlərinə çıxarkən.