EN

Yüksək Liqa: 17-ci turun oyun cədvəli açıqlandı

Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünün 17-ci turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, turun bütün oyunları mayın 8-də “Olimpik Star”da keçiriləcək.

Yüksək Liqa
17-ci tur
8 may

Şuşa – Baku Fire
Bakı. “Olimpik Star”. Saat 14:00.

Yasamal Bakı – Araz-Naxçıvan
Bakı. “Olimpik Star”. Saat 16:00.

U-19 – Neftçi İK
Bakı. “Olimpik Star”. Saat 18:00.

Chosen
0
2
arena.az

3Sources