EN

Orban: Ukraynanın Aİ-yə tez daxil olması Avropaya zərər verə bilər

"Ukraynanın Avropa İttifaqına (Aİ) qəbul olunması ilə bağlı qərar yalnız macar xalqının iradəsinə əsaslanacaq".

Teleqraf xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban bildirib.

O deyib ki, bu məsələyə nə Ukrayna Prezidenti, nə də Avropa İttifaqı rəhbərləri təsir göstərə bilməz.

Hazırda Macarıstanda hökumətin təşəbbüsü ilə Ukraynanın Aİ-yə üzv olub-olmaması ilə bağlı referendum keçirilir. Səsvermə poçt vasitəsilə həyata keçirilir və mayın sonuna qədər davam edəcək.

Orban vurğulayıb ki, bu qərar Macarıstanın gələcəyini uzun illər üçün müəyyən edəcək.

O, bütün vətəndaşları referendumda fəal iştirak etməyə çağırıb.

Macarıstan hökuməti hesab edir ki, Ukraynanın Aİ-yə tez bir zamanda daxil olması Avropaya zərər verə və Aİ-ni Rusiya ilə münaqişəyə sürükləyə bilər.

Chosen
0
teleqraf.com

1Sources